...

Azərbaycan və Sloveniya Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibətilə birgə tədbirlər keçirəcəklər

Cəmiyyət Materials 1 Noyabr 2013 18:37 (UTC +04:00)
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi və Sloveniya Müdafiə Nazirliyi tərəfindən cari ilin 22 dekabr tarixində İkinci Dünya müharibəsi zamanı Sloveniya torpaqlarının azadlığı uğrunda faşizmə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinin keçirilməsinə dair birgə qərara qəbul olunub.
Azərbaycan və Sloveniya Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibətilə birgə tədbirlər keçirəcəklər

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi və Sloveniya Müdafiə Nazirliyi tərəfindən cari ilin 22 dekabr tarixində İkinci Dünya müharibəsi zamanı Sloveniya torpaqlarının azadlığı uğrunda faşizmə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinin keçirilməsinə dair birgə qərara qəbul olunub.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar səfirlik və sözügedən nazirlik tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu xüsusda, Sloveniya Poçtu və Azərbaycan Rabitə və Texnologiya Nazirliyinin nəzdindəki "Azərmarka" şirkəti tərəfindən Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr edilmiş poçt markasının, həmçinin sloven yazıçı Peter Amalettinin M.Hüseynzadəyə həsr edilmiş "Mixaylonun qisası" adlı 2 cildli romanının təqdimatı, eləcə də "Təxəllüsü Mixaylodur" və "Rus batalyonu" adlı sənədli filmlərin nümayişi keçiriləcək.

Bundan başqa, Azərbaycan tərəfindən M.Hüseynzadənin dəfn edildiyi yerdə yeni memorial kompleksinin açılışı da nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin 17 noyabr tarixində M.Hüseynzadənin xatirəsinə həsr olunmuş, onun həlak olduğu Vitovlye kəndindən dəfn edildiyi Çepovan kəndinədək (17.8 km) marafon keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti