...

Rusiyanın Xəzərdə xarab olan gəmisi Azərbaycanın təhlükəsiz lövbər dayanacağına gətirilir

Cəmiyyət Materials 28 Noyabr 2013 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/

Rusiyanın Xəzərdə xarab olan gəmisi Azərbaycanın təhlükəsiz lövbər dayanacağına gətirilir. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Rusiya Federasiyasının dövlət bayrağı altında üzən "Sona" gəmisi Azərbaycan Respublikasının ərazi sularında Cilov adası ilə Neft daşları arasında "Hərəkətin Bölünmə Sistemi"nin bölünmə zolağında baş mühərriklərindən birinin istismar zamanı nasaz vəziyyətə düşməsi səbəbindən lövbərə durub. Bu rayonda saat 5 radələrində şimal küləyinin sürəti 20-25 m/s oldğundan gəminin idarə olunmasının mümkünsüzlüyünü görən gəmi kapitanı durmaq qərarını verib.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında fəaliyyət göstərən "Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi"nin operatoru Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinə və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə operativ məlumatı müvafiq təlimatlara uyğun olaraq ötürüb.

Hazırda Rusiya Federasiyasının bayrağı altında üzən gəmi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "AVİOR" xilasedici yedək gəmisinin müşayiəti ilə Azərbaycan Respublikasının təhlükəsiz lövbər dayanacağına gətirilir. Daxili sulara ehtimal olunan gəlişi 29 noyabr 2013-cü il, saat 02:00-dır.

Qeyd edək ki, "Sona" gəmisinin uzunluğu 82.50, eni 11.40, hundürlüyü 5.80 metdir. 1989-cu ildə tikilib istifadəyə verilən gəminin 11 nəfər heyər üzvü var. Gəmi quru yük tiplidir. Gəmi Səfəri-Həştərxan-Bakı-Əmirabad (İİR) marşrutu üzrə hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti