...

Bakının Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 8 May 2014 15:35 (UTC +04:00)
Bakının Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakının Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Bakının Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması məqsədilə bu gün saat 22:00-dan etibarən Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

P.Mürsəliyev qeyd edib ki, sürücülərə alternativ olaraq Rəşid Behbudov küçəsi, Bülbül və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti