...

Tarix İnstitutu: Heç bir ilk tarixi mənbədə "Albaniya" sözünün qarşısında "Qafqaz" sözü yoxdur

Cəmiyyət Materials 10 Sentyabr 2014 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Heç bir ilk tarixi mənbədə "Albaniya" sözünün qarşısında "Qafqaz" sözü yoxdur. Bunu sonradan Qafqaz xalqlarını azərbaycanlıların üzərinə qaldırmaqdan ötrü uydurublar. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə bildirib.

"Qafqaz" sözünü "Albaniya" sözünün qarşısına calamaqla bu dövləti bizim əlimizdən almaq istədiklərini deyən tarixçinin sözlərinə görə, son illərdə erməni vandalları Azərbaycandan qaçıb gedən, Vətənin əleyhinə işləyən bəzi QHT-lərin, bədxahların iştirakı ilə qonşu ölkələrdə "Azərbaycan, Qafqaz Albaniyası, Aran" mövzusunu müzakirəyə çıxaran toplantılar keçirirlər. Bununla da bu sözlərin hər birinin ayrı-ayrı məkanlar olduğunu, yaşadığımız Şimalı Azərbaycan ərazisinin Qafqaz Albaniyasına aid olmadığını, azərbaycanlıların bu dövlətə guya sonradan, Orta Asiyadan köçüb gəldiklərini sübut etmək istəyirlər.

Alim bildirib ki, Albaniya dövləti qədim yunan, Roma mənbələrində də Albaniya adlanır. Ona "Qafqaz" sözünü coğrafi məkan mənasında əlavə ediblər. Bu gün isə bəziləri bundan istifadə edir və bildirirlər ki, guya azərbaycanlılar burada yaşamayıblar. Aparılan arxeoloji qazıntılar da ermənilərin Cənubi Qafqazda yaşadığı illərin sayının 200-dən çox olmadığını göstərir.

Bu məsələ ilə bağlı akademik Ramiz Mehdiyevin apardığı tədqiqatları yüksək qiymətləndirən Y.Mahmudov deyib ki, R.Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) kitabında da ərəb mənbələrinə istinadən Azərbaycanın qədim türk ölkəsi olduğu göstərilir və sübuta yetirilir. Bu kitabda ərəb mənbələrinə istinadən qeyd edilib ki, hələ ərəb xəlifələrinin Azərbaycana hücumları zamanı onların "Azərbaycan haqqında nə deyə bilərsiniz?" sualına alimlər "Bura ta qədimdən türklərin ölkəsidir" deyə cavab veriblər: "R.Mehdiyevin yunan, Roma və digər mənbələrdən gətirdiyi dəlillərlə Azərbaycanın qədimdən türklərin ölkəsi olduğu bir daha sübuta yetirilir. Bu baxımdan bu tədqiqatlar tariximiz üçün çox dəyərlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti