...

Azərbaycanda gənclərlə bağlı yeni təkliflər

Cəmiyyət Materials 31 May 2015 12:00 (UTC +04:00)
“Azərbaycan gəncləri 2016-2020-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərlə bağlı bir sıra yeni təkliflər irəli sürülüb.
Azərbaycanda gənclərlə bağlı yeni təkliflər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan gəncləri 2016-2020-ci illərdə" Dövlət Proqramı çərçivəsində gənclərlə bağlı bir sıra yeni təkliflər irəli sürülüb.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyi tərəfindən irəli sürülən təkliflər içərisində istedadlı və yaradıcı gənclərin əsərlərindən ibarət Bədii Yaradıcılıq Fondunun yaradılması, gənc rejissor, rəssam, sənətkar və fotoqrafların əsərlərindən ibarət yerli və beynəlxalq səyyar sərgi və kino nümayişlərinin təşkili, yerli və beynəlxalq elmi-praktik konfrans, forum, seminar və digər tədbirlərin keçirilməsi, yeniyetmə və gənclərin elmi-texniki yaradıcılıq festivalının təşkili yer alıb.

Bundan əlavə, gənclərlə bağlı müasir teleradio layihələrinin hazırlanması, internet resurslarının inkişafı, Azərbaycan tarixi və mədəniyyətini əks etdirən kompüter oyunları və mobil proqramların hazırlanması və bir sıra digər təkliflər irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti