UNEC-də Yunus Sosial Biznes Mərkəzi yaradılıb (FOTO)

UNEC-də Yunus Sosial Biznes Mərkəzi yaradılıb (FOTO)

Bakı. Trend:

İyunun 21-də Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunus Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası” adlandırılan M.Yunus UNEC ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransa qatılıb. Tədbirdə Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, millət vəkilləri, universitet rəhbərləri və 9 ölkənin nümayəndə heyəti iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov Nobel Sülh Mükafatı laureatı M.Yunus haqqında iştirakçılara məlumat verib. Bildirib ki, M.Yunus Banqladeşdə yerləşən “Gramen Bankı” və 50-dən çox şirkətin qurucusudur. Ona davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə “Fortune” jurnalı 2012-ci ildə “Zəmanəmizin ən böyük təşəbbüskarlarından biri” adını verib. 2006-ci ildə M.Yunus və “Gramen Bankı” birgə Nobel Sülh Mükafatına layiq görülüb.

Rektor M.Yunusun tədqiqatının əhəmiyyətindən danışıb: “M.Yunus qlobal iqtisadiyyatda mövcud olan problemlərin həllinə alternativ yanaşma metodunu təqdim edib. Bu təklif kapital xərclərini azaldır, əhalinin sosial rifahını yaxşılaşdırmaqla yanaşı, qlobal iqtisadiyyatda sivilizasiyanın yaratdığı problemlərin həllini prioritet olaraq ön plana çəkir”.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi N.Əmirov dünyada baş verən iqtisadi proseslərin, neftin qiymətinin dəyişkənliyinin, milli valyutaların sərbəst buraxılması, digər siyasi və iqtisadi proseslərin Azərbaycana da təsirsiz ötüşmədiyini bildirib: “Ancaq aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır”. Sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir, deyə bildirən N.Əmirov ölkədə insan potensialının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməli olduğunu qeyd edib.

Təhsil naziri M.Cabbarov Azərbaycanda çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edildiyini vurğulayıb: “İlk planda hər zaman insan kapitalı durur. Təhsil sisteminin insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər əhəmiyyət kəsb edir. Sosial biznesin kökündə gəlir əldə etmək dayanmamalıdır”. Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolunun danılmaz olduğunu bildirən nazir, tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olmasını müsbət qiymətləndirib: “Sosial biznes fəlsəfəsi cəmiyyəti bütöv və harmonik məfhum kimi görür”.

Nobel Sülh Mükafatı laureatı M.Yunus “Sosial biznes – inkişafa gedən yol” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, bank sahəsində fəaliyyətə başlayanda fikirlərinə görə bəzi insanlar ona çılğın kimi yanaşıblar: “Biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq. Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadığını, kasıb olduğunu sübut etməlisən. Ənənəvi banklar daha çox kişi müştərilərlə işləyir. Bizim 8,5 milyon müştərimizin isə 97%-i qadındır. Bankın Banqladeşin 80 min kəndində filialı fəaliyyət göstərir”. M.Yunus dünyanın maliyyə sisteminın yanlış qurulduğunu da diqqətə çatdırıb: “Bütün banklar qapısını qadınların, xüsusilə də kasıb qadınların üzünə baǧlayır. Bu isə məntiqsizdir. Kasıb olmaq insanın günahı deyil. Banklar nəyəsə görə düşünür ki, kasıb müştərilər xəstə olur və bank borcunu ödəmədən öləcəklər. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sıǧortalanır. Biz bir bank olaraq gəlir əldə etmirik, mənfəət güdmürük, əksinə, insanların problemlərinin həlli üçün çalışırıq”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Yoxsulluğun azaldılmasında özünüməşğulluq tədbirlərinin rolu” mövzusundakı çıxışında bildirib ki, Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir. Nazir müavini görülən işlərin sosial rifah göstəricilərinin yüksəlməsinə, habelə işsizlik səviyyəsinin təxminən 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olduğunu qeyd edib: “Həyata keçirilən sosial siyasət cəmiyyətimizin bütün həlqələrini sosial biznesin yaradılmasına təşviq edir”.

Konfrans müzakirələrlə davam edib. Sonra rektor Ə.Muradov professor M.Yunusa UNEC-in Fəxri doktoru diplomunu təqdim edib.

Konfrans çərçivəsində regionda ilk dəfə olaraq, UNEC-də yaradılan Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub. Mərkəzdə UNEC, Yunus Mərkəzi və BAMF arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəddə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişafı, yoxsulluğun aradan qaldırılmasında professor M.Yunusun fikirlərinin tanınması, Sosial Biznes konsepsiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, UNEC YSBM sosial biznes ideyasını təşviq etmək məqsədilə tələbə və könüllülərin inkişaf etməkdə olan ölkələrdəki kasıbların iqtisadi inkişafını təmin edən proqram və metodların ilkin mənbədən öyrənilməsi üçün tədris səfərlərini təşkil edəcək. Eyni zamanda, UNEC YSBM Azərbaycanda və regionda sosial biznes ideyasının inkişafını dəstəkləmək üçün akademik görüşlər, seminar, diskussiya və tədqiqatlar keçirəcək. Sosial biznes ideyalarınıın yayılması istiqamətində vətəndaş cəmiyyəti qurumları, mikromaliyyə təsisatları və biznes strukturları YSBM-nin fəaliyyətinin uğurlu təşkilinə cəlb olunacaq. Mərkəz, həmçinin sosial biznes dizayn laboratoriyaları yaratmaqla bərabər, tələbə mübadilə proqramları, akademik debatlar, təcrübə proqramları, eləcə də könüllü fəaliyyətlər həyata keçirəcək. Mərkəzin rəhbəri UNEC-in müəllim heyəti arasından seçiləcək.

Sonda Nobel Sülh Mükafatı laureatı M.Yunus YSBM-də tədbir iştirakçıları üçün Azərbaycan dilinə tərcümə edilən “Kasıbların bankiri” (The Banker to the Poor) kitabını imzalayıb.

Qeyd edək ki, professor M.Yunus və onun rəhbərlik etdiyi Qramen Bankı 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb. M.Yunus “Wharton” Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə “Fortune” jurnalı M.Yunusu 2012-ci ilin mart ayında “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında 12-ci yerə layiq görüb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri kimi seçib. 2008-ci ildə Böyük Britaniyanın “Prospect” jurnalı və ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, “Top 100 intellektual şəxslər” siyahısında M.Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. M.Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını alan yeddi şəxsdən biridir.

Dəkkə Yunus Mərkəzi Banqladeş, yoxsulluğun azaldılması və davamlı inkişaf sahəsində fəaliyyət göstərən sosial biznes mərkəzidir. Mərkəz əsasən sosial biznesə əsaslanan professor M.Yunusun fəlsəfəsini təbliğ etmək və paylaşmaq üçün yaradılıb.

Daha beş ölkədən  turistlər Baliyə gələ biləcəklər
Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Loading Bars
Xəbər lenti
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib
Fransanın səfiri Minskin tələbi ilə Belarusu tərk edib
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib
Zəfər xronikası 18 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb (VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
Almaniyada helikopter qəzaya uğrayıb
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var
Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Prezident İlham Əliyev: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO)
Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar
Prezident İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub
Prezidenti İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub (FOTO)
Prezident İlham Əliyev: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib
Prezident İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz
Prezident İlham Əliyev: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
Prezident İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı
Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı
Prezident İlham Əliyev: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
Prezident İlham Əliyev: 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar (FOTO)
Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb (FOTO)
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Bütün xəbərlər