...

MOK vitse-prezidenti: Balaca ağcaqanada görə olimpiya oyunlarını təxirə salmaq olmaz

Cəmiyyət Materials 29 İyul 2016 15:58 (UTC +04:00)
Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların zika virusundan qorunması üçün bəzi tövsiyələr verilib.
MOK vitse-prezidenti: Balaca ağcaqanada görə olimpiya oyunlarını təxirə salmaq olmaz

Bakı. İlhamə İsabalayeva - Trend:

Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların zika virusundan qorunması üçün bəzi tövsiyələr verilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, 6 ay əvvəllə müqayisədə indi Braziliyada zika virusu ilə bağlı təhlükə zəifləyib. Çünki hazırda Braziliyada qışdır: "Qışda ağcaqanadlar az olur. İkincisi, kənddə bununla bağlı bir qorxu olmayacaq. Üçüncüsü, oraya gedənlərə tövsiyə edilib ki, uzunqol köynək geyinsinlər, qısa şalvar geyinməsinlər. Həm qadınlar, həm də kişilər şalvar, ayaqlarına corab geyinməlidirlər. Ağcaqanadların zəhərini çəkmək üçün idmançılarda xüsusi cihazlar da olacaq. Dünyada bu virusa vaksin tapılmayıb. Amma bir balaca ağcaqanada görə olimpiya oyunlarını təxirə salmaq olmaz ki".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti