...

Vitse-prezident: Azərbaycan İslam Həmrəylik Oyunlarına yeni nəfəs verdi

Cəmiyyət Materials 6 Sentyabr 2016 16:54 (UTC +04:00)
Azərbaycan İslam Həmrəylik Oyunlarına yeni nəfəs verdi. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Vitse-prezident: Azərbaycan İslam Həmrəylik Oyunlarına yeni nəfəs verdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan İslam Həmrəylik Oyunlarına yeni nəfəs verdi. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Ç.Hüseynzadə qeyd edib ki, bu vaxta kimi İslam Həmrəylik Oyunlarına Beynəlxalq Olimpiya Komitəsi tərəfindən, ümumiyyətlə dünya idman ictimaiyyəti tərəfindən çox da ciddi münasibət yox idi: “Bu Oyunlar sırf İslam ölkələri arasında orta səviyyəli keçirilən oyunlar idi və bu oyunlara hazırlıq prosesi də çox qapalı və PR-sız keçirilirdi. Azərbaycan İslam Oyunlarına yeni nəfəs gətirdi. Yəni birinci gündən etibarən biz İslam Oyunlarını digər böyük oyunlar səviyyəsinə qaldırmağa çalışdıq və qaldırdıq, yəni bunu ən azı kontinental oyunların səviyyəsinə qaldırmağı bacardıq və bu gün artıq bütün dünyada bilirlər ki, Azərbaycanda İslam Oyunları keçiriləcək və artıq bütün dünyada bilirlər ki, bu Oyunlar hansı səviyyədə keçiriləcək”.

Ç.Hüseynzadənin sözlərinə görə, beynəlxalq federasiyaların da oyunlara marağı dəfələrlə artıb: “Ümid edirəm ki, Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları bu oyunların yeni səviyyəsini, yeni standarlarını müəyyənləşdirəcək, necəki biz Avropa Oyunlarının standartlarını müəyyənləşdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti