...

Şamaxı-Qızmeydan yolunun çökən hissəsi bərpa olundu

Cəmiyyət Materials 19 Dekabr 2016 10:43 (UTC +04:00)
Dekabrın 6-da Şamaxı-Qızmeydan avtomobil yolunda baş verən sürüşmə nəticəsində çökən yol bərpa olunub.
Şamaxı-Qızmeydan yolunun çökən hissəsi bərpa olundu

Bakı. Samir Əli - Trend:

Dekabrın 6-da Şamaxı-Qızmeydan avtomobil yolunda baş verən sürüşmə nəticəsində çökən yol bərpa olunub.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, "Azəravtoyol" əməkdaşları yolun çökən hissəsini bərpa edib və yolda avtmobillərin təhlükəsiz hərəkətinə şərait yaradılıb:

"Lakin həmin ərazi sürüşmə zonası olduğundan sürüşmənin qarşısının birdəfəlik alınması üçün əsaslı bərpa işləri aparılmalıdır. Bunun üçün ərazidə əsaslı bərpa işlərinə başlanılıb".

Xatırladaq ki, dekabrın 6-da baş verən sürüşmə nəticəsində adıçəkilən yolun 10 metrdən artıq hissəsi çökmüşdü. Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti