...

Ağsu dolaylarında sürüşmə aktivləşib - hərəkət məhdudlaşdırılıb

Cəmiyyət Materials 6 Fevral 2017 12:51 (UTC +04:00)

Bakı. Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib. Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti