...

Azərbaycan bayrağı altında üzən 135 gəmidə 1522 nöqsan aşkar edilib

Cəmiyyət Materials 7 Aprel 2017 10:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan bayrağı altında üzən 135 gəmidə aparılan bayraq nəzarəti yoxlaması zamanı ümumilikdə 1522 nöqsan aşkar edilərək aradan qaldırılması təmin edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin hesabatında deyilir.

Bildirilir ki, bu nöqsanlardan 276-sı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiya (STCW) üzrə, 907-si “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya (SOLAS) üzrə, 63-ü “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiya (MARPOL) üzrə, 163-ü “Dənizdə əməyə dair Konvensiya” (ILO (MLC)) üzrə, 50-si "Yük nişanı haqqında" 1966-cı il tarixli Beynəlxalq Konvensiya (ICLL) üzrə, 17-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında” Konvensiya (COLREG) üzrə, 46-sı isə digər hallar üzrə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti