...

Çökən yol şirkət tərəfindən bərpa olunur

Cəmiyyət Materials 18 Oktyabr 2018 13:40 (UTC +04:00)
Piyada səkilərinin bərpası istiqamətində əsaslı addımlar atılacaq
Çökən yol şirkət tərəfindən bərpa olunur

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün paytaxtın Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bərpa işləri ötən gecədən başlayıb: “Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldikdən sora piyada səkilərinin bərpası istiqamətində addımlar atılacaq".

A.Nəcəfli qeyd edib ki, qəza yerində çox ciddi problem olmadığından işlər yekunlaşdıqdan sonra binanın tikintisi davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti