...

Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır

Cəmiyyət Materials 17 Noyabr 2018 20:35 (UTC +04:00)
Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır
Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır

Bakı. Trend:

Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır.

Bunu Trend-ə Azərbaycanın Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kuboku zamanı deyib.

İ.İsmayılov bildirib: "Beynəlxalq yarışlar təkcə paytaxtda yox, həm də ölkənin regionlarında yüksək səviyyədə keçirilir. Bu cür yarışlar idmanın kütləviliyinə müsbət təsir göstərir".

Nazir müavini qeyd edib ki, azərbaycanlı idmançılar yarışlarda uğurla çıxış edir və yaxşı nəticələr əldə edirlər.

İ.İsmayılov həmçinin Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndirib:

"Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti sayəsində ölkədə hər il gimnastika növləri üzrə çempionatlar və Kubok yarışları keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti