Mehdi Hüseynzadənin ölümü filmdəki kimi olmayıb – Araşdırmaçı alimdən MARAQLI FAKTLAR

Mehdi Hüseynzadənin ölümü filmdəki kimi olmayıb – Araşdırmaçı alimdən MARAQLI FAKTLAR

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd edilir.

26 yaşında həlak olan, “Mixaylo” kimi tanınan kəşfiyyatçı M.Hüseynzadə ilə bağlı təkcə Azərbaycanda deyil, Rusiya, Almaniya, İtaliya arxivlərində də qiymətli sənədlər qorunub saxlanılır.

Ötən 4 il ərzində həmin arxivlərdə tədqiqatlar apararaq M.Hüseynzadə ilə bağlı məlumatlar əldə edən və bu araşdırmalarına davam edən sosioloq, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov əldə etdiyi faktları Trend-ə açıqlayıb.

Alimin sözlərinə görə, aşkar edilmiş sənədlərin hər biri M.Hüseynzadənin çox istedadlı, yüksək intellektə malik, cəsarətli, eyni zamanda nəzakətli insan olduğunu bir daha təsdiqləyir:

“Mixaylo adi partizan olmayıb, o, xüsusi kəşfiyyat-diversiya qrupunun başçısı olub. Bu qrupu o özü yaradıb. Mehdi alman, fransız, italyan dillərində sərbəst danışa bilib. Çox yüksək istedada və intellektə malik Mehdi sloven dilini və bu ölkənin folklorunu da öyrənməyə başlayıb. Hətta müharibə vaxtı həm rəssamlıqla, həm də dilçiliklə məşğul olub. Mehdi Hüseynzadə kəşfiyyat zamanı rəssamlıq bacarığından və dil biliklərindən istifadə edərək özünü həm italiyalı hərbçi, həm rəssam, həm də sloveniyalı kəndli kimi təqdim edib. Mehdinin yüksək intellektə malik olduğunu almanlar da həmişə vurğulayıblar”.

Bəzi əməliyyatlar yanlış olaraq Mehdi Hüseynzadəyə aid edilir

İ.Abbasov qeyd edib ki, M.Hüseynzadənin apardığı əməliyyatlar çox olsa da, onların hamısı tam araşdırılmayıb.

Araşdırmaçının sözlərinə görə, Sovet İttifaqı Qəhrəmanının yaratdığı qrupun gördüyü işlərin əksəriyyəti onun əsirlikdən qaçarkən qoşulduğu ilk briqadanın - 800 nəfərdən ibarət “Birinci zərbə rus briqadası”nın adına yazılıb.

O, M.Hüseynzadənin apardığı əməliyyatlarla bağlı bəzi yanlış məlumatlara da aydınlıq gətirib: “Mənbələrin çoxunda Mehdinin Udine şəhərində həbsxanaya basqın etdiyi və orada 700 nəfəri xilas etməsi barədə məlumatlar var. Bu əməliyyat 7 fevral 1945-ci ildə həyata keçirilib. O zaman Mehdi artıq həlak olmuşdu. Əməliyyata başqa bir azərbaycanlı – Əli Babayev başçılıq edib. Bundan başqa, onun iki təyyarə ilə aerodrom partlatdığı da deyilir. Mən Sloveniyanın və İtaliyanın arxivlərində olmuşam, bu barədə məlumat tapmamışam. Ona görə də bu məlumatın Mehdi ilə bağlı olması barədə deyilənlər hələ ki əsassızdır”.

Alim bildirib ki, sənədlərə əsasən M.Hüseynzadə 20-dən çox əməliyyat keçirib, bir neçəsi isə xüsusilə mühüm strateji əhəmiyyətə malik olub. Belə əməliyyatlar zamanı o, Triest şəhərində kinoteatrı, Karlo Geqa küçəsində “Əsgər evi” adlı alman restoranını, "İl Pikkolo" qəzetinin redaksiyasını partladıb və Pistoya qəsəbəsində dəmir yolu stansiyası məntəqəsində güclü partlayış (həmin partlayışa görə dəmir yolu iki həftə bağlı olub - İ.A.) törədib.

Araşdırmaçı əlavə edib ki, Mehdinin Triest şəhərində kinoteatrı partlatdıqdan iki gün sonra yazdığı şeiri də maraq doğurur: “Onunla bağlı yeni aşkar edilən sənədlərdən biri 1944-cü il aprelin 4-də yazdığı “İtaliyada başladım” adlı şeirdir. Bu şeiri yazmamışdan iki gün əvvəl İtaliyanın Triest şəhərində kinoteatrı partladıb. Həmin partlayışdan sonra onu hər yerdə axtarıblar, amma Mehdi bu şeiri Pula şəhərində yazıb”.

Mehdi özünü sonuncu gülləsi ilə ürəyindən vuraraq öldürüb

Alimin sözlərinə görə, M.Hüseynzadə onun həyatından bəhs edən “Uzaq sahillər”də filmində göstərildiyi kimi partlayışda həlak olmayıb.

M.Hüseynzadənin ölümü ilə bağlı bir neçə fərziyyə səsləndiyini deyən İ.Abbasov bildirib ki, o, planlaşdırılmış döyüş əməliyyatı zamanı həlak olmayıb.

Həmin vəziyyəti faktlar əsasında təsvir edən İ.Abbasov deyib ki, alman əsgərləri ərzağa görə Vitovle kəndinə gəldikdə M.Hüseynzadə də həmin kənddə öz yoldaşları ilə birlikdə birgünlük dincəlirmiş: "Lakin partizanlar hərbçilərin onlara görə gəldiyini düşünüblər və atışma başlayıb. Döyüşdə qrupdakı 8 nəfərdən 4-ü iştirak edib. O zaman bir nəfər həlak olub, iki nəfər əsir götürülüb, Mehdi isə ağır yaralanıb. Həmin əsirlərdən biri olan Adam Zorn 1950-ci illərdə Mehdinin iştirak etdiyi döyüş haqqında yazıb".

İ.Abbasov qeyd edib ki, M.Hüseynzadə Vitovle kəndində faşistlərlə apardığı döyüşdə 8 güllə yarası alıb. Bu döyüşdən sonra hətta 1 gün sağ qalıb: “Mehdi döyüşdən 1 gün sonra özünü sonuncu gülləsi ilə ürəyindən vuraraq öldürüb. Beləliklə, dəfn edilərkən onun bədənində 8 deyil, 9 güllə yarası olub. Mehdi ilə şəxsən tanış olan, 1930-cu il təvəllüdlü İvan Başin də bunu açıqlayıb”.

Alimin sözlərinə görə, Mehdinin ölümündə satqınlıq amilinin olması iddiası sənədlərdə öz əksini tapmayıb: “Almanlar Mehdinin başına 500 min reyxsmarka qoymuşdular. 1944-cü ildə bu pulla 50 “Mercedes-Benz” almaq olardı. Amma yerli sakinlər onu satmayıblar. Sənədlərdə də bu pulun kiməsə verilməsi barədə məlumatlar yoxdur”.

Mehdinin meyiti oğurlanıb

İ.Abbasov Trend-ə deyib ki, M.Hüseynzadəni kəndlilər həlak olduğu ərazidə - Vitovle kəndində dəfn ediblər, lakin sonradan onun meyiti oğurlanıb və başqa ərazidə dəfn edilib:

“Mehdinin dostu olan Cavad Həkimlinin sözlərinə görə, almanlar Vitovle kəndində Mehdinin dəfn olunduğu əraziyə gözətçi qoyublar ki, heç kim onun məzarını ziyarət etməsin. Dəfndən iki həftə sonra Mehdinin yoldaşları gecə gözətçini öldürüb, meyiti oradan oğurlayıblar və həmin vaxt partizanların nəzarətində olan Çepovan kəndində (müharibə vaxtı İtaliyanın, hazırda isə Sloveniyanın kəndi - İ.A.) müsəlman qayda-qanunlarına uyğun şəkildə dəfn ediblər. Bu əməliyyata başçılıq edən isə Mehdinin yaxın dostu olmuş Şamil Hüryanov (partizanlar arasında Bayramov) 1945-ci il martın ortalarında həlak olub”.

Mehdinin ikinci dəfn mərasiminin çox təmtəraqlı keçdiyini deyən alimin sözlərinə görə, həmin tarix hələ dəqiq müəyyən edilməyib: “Bəziləri Mehdinin ikinci dəfə noyabrın 16-da, bəziləri isə noyabrın 17-20-si aralığında dəfn edildiyini yazırlar. Mərasimdə iştirak edənlər həmin gün güclü yağış yağdığını desə də, dəfnin konkret hansı gündə olduğunu müəyyən etmək mümkün olmayıb”.

İ.Abbasov qeyd edib ki, SSRİ-nin xüsusi xidmət orqanları M.Hüseynzadə ilə bağlı araşdırmalara 1951-ci ildən başlayıblar, yalnız 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adını verməyi qərara alıblar.

Alim əlavə edib ki, Mehdi həlak olduqdan sonra onun Sloveniyada vuruşduğu Sloven Sahilyanı 9-cu korpusu tərəfindən Yuqoslaviya dövlətinin başçısı İosip Broz Titoya şifroqram göndərilib və xahiş olunub ki, M.Hüseynzadəyə Yuqoslaviyanın Xalq Qəhrəmanı adı verilsin, amma hansısa səbəbdən bu müraciət cavabsız qalıb.

Araşdırmaçı bildirib ki, Yuqoslaviyada döyüşən 8000-ə yaxın partizan arasında yalnız M.Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adını alıb: "İtaliyada döyüşənlər arasında isə bu adı alan ilk şəxs olub, ondan sonra daha iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb".

Oktyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Oktyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
“Rabitəbank” şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcunu siləcək
“Rabitəbank” şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcunu siləcək
Oktyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Oktyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb
Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və terror siyasəti barədə yazıb
ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
Türkiyədə koronavirusdan sağalanların sayı 317 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, minalar, raket və partladıcılar aşkar edib (FOTO)
Kanadada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Çempionlar Liqası: "Liverpul"dan qələbə, "Real"dan heç-heçə
Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb
ÜST: Dünyada ötən həftə koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? (FOTO)
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı üçün cəhd ediblər - REAL FAKTLAR
Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirilib
Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verib
Ermənilər özünü demokratiyanın beşiyi sayan Fransada haqq deyənlərin səsini boğur - Ekspert
Bugün məhv edilən Arutyunyanın maşınından geriyə qalan (FOTO)
Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik
Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir
Yerevanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi hərbi cinayətdir - Livanlı vəkil
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
FİFA-nın prezidenti koronavirusa yoluxub
Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir - Dövlət Komissiyası (FOTO)
Ermənistan müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir - Ombudsman
Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir - Ömər Çelik
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Dönüş: Sabaha qalmayan qisas
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir - Rauf Əliyev
Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat
Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif
Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir - Hikmət Hacıyev
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib (FOTO)
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Oktyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Qubada sağalmadan evdən çıxan COVİD-19 xəstəsi barədə araşdırma başlayıb
Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulur
Tehran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olmağa hazırdır
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın - Ceyhun Bayramov
Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək
Boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil - Vüsal Qasımlı
Ermənistan bu müharibəyə uzun müddət dayana bilməyəcək, iflas edəcək - İİTKM
Qondarma rejimin "müdafiə naziri" belə məhv edildi (VİDEO)
Erməni tankları ermənilərə qarşı (FOTO)
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
İnsanların yarısı maskanı çənəsində gəzdirir - TƏBİB rəsmisi
Ermənistanda Paşinyanın istefası tələb olunur
Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı (FOTO)
Döyüşlər başlayandan Ermənistanın hərbi itkilərinin dəyəri açıqlanıb
Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Euronews” əməkdaşlarına hücum bir daha Ermənistanın simasını göstərir - XİN (VİDEO)
Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Lüksemburqda erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycana təzyiqlər göstərilsə də Prezident İlham Əliyev haqq yolunda mübarizəsindən dönmədi - Politoloq
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub (FOTO)
Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir (FOTO)
Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi
42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
“Azərenerji” arxa cəbhədə gücünü səfərbər edib (VİDEO)
II Qareginin müharibə çağırışı heç bir dini çərçivəyə sığmır - Robert Mobili
BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib
Baş prokuror Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir (FOTO)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib
İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub
180 min manat gecikdirilmiş ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Ermənistan ordusunda qan çatışmazlığı müşahidə olunur
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
Mətbuat Şurası “Euronews”un çəkiliş qrupunun Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb
Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxarılıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb
Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı (VİDEO)
Ermənistan işğal altında saxladığı ərazilərdə narkotik əkib-becərməklə məşğul olub - Nazir müavini
Ermənistanın təxribatları danışıqları mənasız edir - Deputat
Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır - Deputat
İlahiyyat İnstitutunun rektoru Beynəlxalq Forumda iştirak edib (FOTO)
Ermənistan sərhəd qoşunlarının itkilərini açıqlayıb
Zəngilan və Qubadlı rayonları strateji vacib ərazilərimizdir - Millət vəkili
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
Bütün xəbərlər