...

Bakıda çökən yolla bağlı araşdırmalar başa çatır, SƏBƏBİ isə...

Cəmiyyət Materials 8 Yanvar 2019 14:38 (UTC +04:00)
Bakının Xətai rayonu, Nobel prospektində çökən yolda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin monitorinq işləri yekunlaşmaq üzrədir.
Bakıda çökən yolla bağlı araşdırmalar başa çatır, SƏBƏBİ isə...

Bakı. Samir Əli - Trend:

Bakının Xətai rayonu, Nobel prospektində çökən yolda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin monitorinq işləri yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, "Azərsu" ASC-nin georadar qrupu işləri yekunlaşdırıb: "Orada iki qrupumuz işləyirdi. Artıq georadar qrupunun monitorinqləri başa çatıb. Hazırda oradan götürülən göstəricilər analiz edilir. Analizlər başa çatandan sonra nəticələr "Azərsu"ya təqdim olunacaq. Nəticələrdən sonra qrunt sularının səviyyəsi müəyyən ediləcək.İkinci qrup isə quyunun inyeksiya işlərini yekunlaşdırmaq üzrədir. Yəqin ki, yanvarın 9-u işlər tam başa çatdırılacaq".

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Trend-ə açıqlamasında bildirib ki, ərazidə "Azərsu" ASC-nin işləri yekunlaşdıqdan sonra asfaltlanma prosesinə başlanacaq.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Nobel prospektində yolda çökmə baş verib. Yol çökməsinə su sızmasının səbəb olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti