...

Bakı avtovağzalı 5 yaşlı uşağa tam bilet satan kassiri cəzalandırdı

Hadisə Materials 17 İyul 2019 09:28 (UTC +04:00)
Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb
Bakı avtovağzalı 5 yaşlı uşağa tam bilet satan kassiri cəzalandırdı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı avtovağzalında 5 yaşlı uşağına tam bilet satan kassir cəzalandırılıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, bununla bağlı ailə üzvlərindən biri avtovağzalla əlaqə saxlayıb:

"Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb. Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik, ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassir barəsində ciddi ölçü götürüldü".

P.Məmmədova əlavə edib ki, əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq: "Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. Özbaşınalıq o zaman olardı ki, məsələ tam diqqətdən kənar qalardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti