Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"İdmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır. Bu festival idmançılarımızı gələcəkdə daha böyük naliyyətlər əldə etməyə ruhlandıracaq".
A.Rəhimov əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlər tamamilə satılıb.
Nazir oyunlara tamaşaçı marağının gözlənildiyindən də çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.