"Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib (FOTO)

"Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən istehsal edilmiş "Güllələnmiş Məzarlar" sosial filminin təqdimatı keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan Trend-ə verilən məlumata görə, Azərbaycan və ingilis dillərində hazırlanan film, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin, kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edillməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatların dünyaya çatdırmaq məqsədi daşıyır.

Tədbirdə millət vəkilləri, media nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan BAMF prezidenti layihə haqda məlumat verib. O, işğal altındakı ərazilərimizdəki vəziyyəti dünyaya çatdırmağın əhəmiyyətindən danışıb. Bu məqsədlə çəkilən filmlərin önəmli olduğunu qeyd edib. Umud Mirzəyev işğal faktının dünyaya yayılması istiqamətində hər bir vətəndaşımızın maarifləndirmə aparmasının zəruri olduğunu bildirib. "Son 10 ildə Amerika və Avropa ölkələri, xüsusilə Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam, və.s ölkələri təmsil edən 100-lərlə media nümayəndəsini, vətəndaş cəmiyyəti təmsilçilərini işğal olunmuş ərazilərlə həmsərhəd bölgələrimizə və bir hissəsi işğaldan azad edilmiş kəndimizə apardım. Qısa müddət ərzində işğal altında qalan kəndimizdə törədilən vəhşiliklər, güllələnmiş məzarlıq, dağıdılmış qədim bulaq, kəhriz və digər vandalizm aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın 900 dən yuxarı yaşayış massivi Aşağı Əbdürrəhmanlının üzləşdiyi acı taleyi yaşayır. Bu kəndlərdə, oblardakı evlərin yalnız iziləri qalmaqdadır".

Umud Mirzəyev son aylar BAMF-ın işğal altındakı ərazilərimizdəki vəziyyətlə bağlı bəyanatının BMT-İnsan Haqqları Şurasında 5 dildə dərc edildiyini bildirib. O, "Güllələnmiş Məzarlıq" sosial filminin Cenevrədə İnsan Haqqları Şurasının müxtəlif sessiyalarında, ayrı-ayrı müzakirələr zamanı namayiş olunduğunu qeyd edib. Nobel Sülh Mükafatını qazanmış Beynəlxalq Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən "Avrasiyada Təhlükəsizlik" adlı toplantısı zamanı BAMF təmsilçisi Anastasiya Lavrina tərəfindən "Güllələnmiş Məzarlıq" filminin təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarında yaşamasına dair hüquqlarının təmin edilməsi, işğal olunmuş ərazilərimizdəki vəziyyətə dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının gərəkliliyini söyləyib. Bu işdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyin əhəmiyyətindən söz açıb. Tədbir millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələrinin müzakirələri ilə davam etdirilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Yunus Oğuz, Prezident Admnistrasiyasından Vüqar Səlimov, QHT- lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Fərasət Qurbanov, BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, qazilər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirdilər.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov bildirdi ki, ermənilər Azərbaycan ərazilərini işğal edərkən orada olan maddi -mədəni abidələri vandalcasına dağıdıblar və bu abidələrin əksəriyyətinin onlara məxsus olması haqqında beynəlxalq aləmdə fikir yaratmağa çalışırlar: "Təəssüfləndirici haldır ki, ermənilər Azərbaycanın işğal altındakı tarixi ərazilərində beynəlxalq ekspertləri cəlb edərək qazıntı işləri aparırlar. Çox zaman bunu öz mətbuatlarında yayımlayırlar. Orada hər hansı tarixi tapıntı əldə edəndə onun özlərinə məxsus olduqlarını bildirirlər. İşğal altında olan muzeylərimizdəki tarixi əşyalarımızı öz tarixləri kimi dünyada təqdim edirlər. Sirr deyil ki, silahlı münaqişələr zamanı onlar işğal olunmuş ərazilərdə tarixi abidələrimizə odlu silahla atəş açmışdılar. Bizim torpaqlarımız müvəqqəti işğal altındadır. Biz fəaliyyətimiz zamanı onların bu vəhşiliklərini xarici dillərə tərcümə edib, beynəlxalq kitabxanalara göndəririk. Bizlər bu cür təbliğatla ermənilərin tarixi saxtalaşdırmaq məqsədlərinin qarşısını ala bilərik".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, bu film bir daha sübut edir ki, bizim mübarizə əzmimiz davam edir.Qarabağın hər guşəsində, hər qarışında bu cür dağıdılmış evlər, məzarlıqlar, tarixi yerlər çoxdur. Bu erməni xalqının mahiyyətini ifadə edir. Onların mədəniyyəti göz qarşısındadır. Onlar terror, insanları qətlə yetirmək, tarixi abidələri məhv etməyi ilə nədən ibarət olduqlarını bildirir. Təəssüf ki, bizim belə qonşumuz var. Azərbaycan bu xalqın cavabını qısa zamanda verəcək. Bu gün ölkədə fəaliyyət göstərən QHT-lər Qarabağ problemi ilə bağlı layihələr təqdim edir. Film bir kəndin ətrafında bütün Qarabağdakı vəziyyəti çox gözəl göstərib.

Millət vəkili Qənirə Paşayeva bildirdi ki, biz bu filmdə bir milyondan çox insanın acısını görə bilirik. Bu acıları paylaşırıq. Orada dağıdılan evlər bizim evlərimizdi, dağıdılan məzarlıqlar bizim məzarlığımızdır, tarixi abidələr bizim tariximizdir. Harada doğulub, yaşamasından asılı olmayaraq işğal olunmuş ərazilər bizim hamımızın torpağıdı, vətənidir. Umud bəy mütəmadi olaraq xaricdən gələn jurnalistləri, qonaqları tez-tez ora aparıb hadisə ilə onları yerində tanış edir. Bu çox önəmli məsələdi. Eşitmək və görmək fərqli anlayışdır.Görmək erməni cinayətkarlığını əyani göstərməkdir. Qəbirstanlıqlar, məzarlıqlar sadəcə əzizlərimizin uyuduqları yer deyil. Və ermənilər bunu planlı şəkildə dağıdırlar. Ora bizim tarixi yaddaşımızdır. Orada neçə yüz illiklərin tarixi uyuyur. Ali baş komandanımızın rəhbərliyi altında, onun yanında olaraq torpaqlarımızn azad edilməsi üçün çox çalışmalıyıq. Hər kəs öz yerində nələr edə bilərsə və edirsə bu artıq bizim qələbəmizdir. Buradakı insanların hamısı bu vəziyyəti bilir. Amma filmin ingilis dilinə tərcümə olunması, beynəlxalq təşkilatlarda, auditoriyada nümayiş olunması bizim haqq səsimizin dünyaya çatdırılması deməkdir.

Tədbirdə çıxış edən Cahangir Məmmədli bildirdi ki, 10 dəqiqəlik filmdə biz illərlə ermənilərin Azərbaycan mədəniyyətinə qarşı göstərdiyi vəhşi münasibəti görürük: "Bu gün təkcə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi belə deyil. Bu gün ermənilər Qarabağın hər yerində bu cür vəhşiliklər ediblər. Yaxın zamanlarda Ali baş komandamızın rəhbərliyi altında öz doğma torpaqlarımıza qələbə yürüşü edəcəyimiz gün uzaqda deyil."

Tarixi əsərlər müəllifi Yunus Oğuz çıxışı zamanı qeyd etdi ki, ən böyük işlər ən xırda işlərdən başlayır.: "Ən xırda işə diqqət etsək, böyük uğurlarımız olacaq. Bu film xırda iş deyil. Azərbaycan və Qarabağ tarixi və həqiqətlərinin dünyaya çatdırılması üçün görülən böyük işlərdən biridi."

Yunus Oğuz çıxışı zamanı qeyd etdi ki, qəbir mədəniyyəti dünyanın ən qədim tarixi mədəniyyətidir. Bunu beynəlxalq ictimaiyyət də qəbul edir və qəbirlərin vəhçicəsinə dağıdılmasını düzgün hesab etmir. Qədim bir qəbirlə bütöv bir millətin tarixini yazmaq mümkündür. Təbii ki, ermənilər bunu da məqsədsiz etmirlər. Onlar işğal altındakı ərazilərdə olan məzarlıqları məhv etməklə Azərbaycan tarxini, mədəniyyətini məhv eləmək istəyirlər. Təəssüf ki, bu gün Qarabağda Alban kilsələri, abidələri məhv edilir, dağıdılır. Biz beynəlxalq aləmin diqqətini bu məsələlərə yönəltməliyik.

Tədbirdə çıxış edən israilli politoloq Arye Qut qeyd edib ki, bu cür filmlərin çəkilməsi Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Bu filmin ərsəyə gəlməsində xidmətləri olan hərkəsə, başda Umud Mirzəyev olmaqla təşəkkür edirik. Belə filmlər Azərbaycan xalqına qarşı tətbiq edilən erməni vandalizmini dünyaya nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Belə hesab edirəm ki, Azərbaycanın diaspora ilə məşğul olan və ya ölkə xaricində fəaliyyət göstərən qurumları bu və buna bənzər filmlərin müxtəlif ölkələrdə nümayiş etdirməlidirlər".

https://www.youtube.com/watch?v=ENf3tO439ts

Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Nizamini olduğu kimi tədqiq edən materialların yayılmasına böyük ehtiyac var - Alim
Nizamini olduğu kimi tədqiq edən materialların yayılmasına böyük ehtiyac var - Alim
"Nizami Gəncəvi ili" və "Vaqif Poeziya Günləri"nin bərpası poeziya üçün əlamətdar hadisələrə çevriləcək - Baba Vəziroğlu
"Nizami Gəncəvi ili" və "Vaqif Poeziya Günləri"nin bərpası poeziya üçün əlamətdar hadisələrə çevriləcək - Baba Vəziroğlu
Loading Bars
Xəbər lenti
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidinə “Qurani-Şərif” hədiyyə edib
Azərbaycan Prezidenti: Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik
Prezident İlham Əliyev: Bütün təzyiqlərə, bütün telefon zənglərinə, baxmayaraq, dedim ki, sona qədər gedəcəyik
Azərbaycan Prezidenti: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Bütün xəbərlər