...

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

Cəmiyyət Materials 22 Noyabr 2019 12:44 (UTC +04:00)
Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.
Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir. “Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti