...

RSXM: Torpaq kütləsi Badamdara gedən yolu tamamilə kəsib (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2020 13:06 (UTC +04:00)
Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçirib
RSXM: Torpaq kütləsi Badamdara gedən yolu tamamilə kəsib (FOTO)

Bakı. Trend:

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçiriblər.

Trend-in məlumatına görə, baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.

Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparıb. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti