Bakı. Trend:
Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.
Sumqayıt İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyi üçün bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uxan şəhərinə yönəldiyi üçün Myenyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərib.