Aqrar sığorta üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi proseduru müəyyənləşib

Aqrar sığorta üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi proseduru müəyyənləşib

Bakı. Trend:

Nazirlər Kabinei “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nı təsdiqləyib.

Trend-in məlumatına görə, bu Qayda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi və imtahan nəticəsində müstəqil ekspert sertifikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.

İmtahan və imtahan nəticəsində sertifikatların verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:

- kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;

- kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;

- akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.

İmtahanda iştirak etmək üçün vətəndaş imtahan gününə ən azı 15 (on beş) gün qalanadək Dövlət İmtahan Mərkəzinin internet portal vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və imtahanın qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.

İmtahanın təşkili ilə əlaqədar Mərkəz:

- imtahanın qrafikini, aparılma texnologiyasını müəyyən edir;

- imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;

- imtahanın keçirilməsi tarixindən ən azı 1 ay əvvəl sənəd qəbuluna dair elan verir;

- imtahanın nəticəsinin elan edildiyi gündən 15 gün müddətində müəyyən edilmiş sertifikatları verir;

- imtahanın təşkili, keçirilməsi, nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;

- imtahanın keçirilməsinə 10 (on) gün qalmış imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır;

- imtahanın qrafikini və imtahanda iştirak edəcək namizədlərin siyahısını internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır;

- imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;

- imtahan nəzarətçilərini müəyyən edir.

İmtahan iki mərhələdə həyata keçirilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Aqrar Sığorta Fondu ilə razılaşdırmaqla təsdiq edilmiş proqramlara uyğun müəyyən edilir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, məntiq fənlərinə dair sualları, o cümlədən bu Qaydada göstərilən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir. İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Fond tərəfindən təşkil edilən təlimə cəlb olunurlar. Təlim bitdikdən sonra ən geci 10 gün müddətində Mərkəz tərəfindən imtahanın ikinci mərhələsinin keçirilmə vaxtı elan edilir. İmtahanın ikinci mərhələsi təlimin bitdiyi gündən ən geci 30 gün müddətində keçirilməlidir. İmtahanın ikinci mərhələsi təsdiq edilən təlim proqramına dair sualları əhatə edir. İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahanın hər bir mərhələsi üçün ödəniş məbləği 80 manat (ƏDV daxil edilmədən) müəyyən edilir.

İmtahanın hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri var:

- qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;

- açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazılı formada ifadə olunması tələb olunan test tapşırıqları.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

- qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

- açıq tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla.

İmtahanın hər bir mərhələsi üzrə davametmə müddəti 3 saatdır. İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir və həmin baldan imtahanın birinci mərhələsi üzrə 60 faiz, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın ikinci mərhələsindən keçməyən namizədlərin növbəti 3 dəfə ikinci mərhələdə iştirak etmək hüququ var. Növbəti 3 (üç) dəfə ikinci mərhələdən keçə bilməyən namizədlər yalnız yenidən təlim prosesində iştirak etdikdən sonra imtahanın ikinci mərhələsinə buraxılırlar. Bu zaman onlar ödəniş edilməsini təsdiq edən sənədi Fonda təqdim etməlidirlər. İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Fonda təqdim olunur. İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir. İmtahanın nəticələri haqqında məlumat portalda yerləşdirilir.

İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Fond tərəfindən təşkil olunan təlimdə iştirak etmək üçün ödəniş edilməsini təsdiq edən sənədi 14 iş günü müddətində Fonda təqdim etməlidirlər. Bu tələbə əməl etməyən namizədlər təlimə buraxılmırlar. Təlimin keçirilməsi üzrə ödənişin məbləği Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Fond tərəfindən müəyyən olunur. 14 iş günü müddəti bitdikdən sonra Fond 10 gün müddətində ödəniş edilməsini təsdiq edən sənədi təqdim edən namizədləri təlimə cəlb edir. Fond tərəfindən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert - namizədlər üçün 104 saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert - namizədlər üçün 40 saat, akvakultura məhsulları üzrə ekspert - namizədlər üçün isə 20 saat olmaqla, təlim təşkil edilir. Namizədlər üçün təşkil olunan təlimin tədris proqramı, habelə nəzəri-metodoloji, pedaqoji – metodik vəsaitlər Fond tərəfindən təsdiq olunur və təlim prosesi nəzəri və tətbiqi məşğələləri əhatə edir. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert - namizədlərə təlim prosesi müddətində ən azı 16 saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert - namizədlərə təlim prosesi ərzində ən azı 4 saat, akvakultura məhsulları üzrə ekspert - namizədlərə təlim prosesi ərzində ən azı 2 saat olmaqla, təsərrüfat sahələrində təcrübə keçirlər. Təlimlər üçün ayrılmış ümumi saatların 10 faizindən çoxunda üzrlü səbəb olmadan iştirak etməyən namizədlər imtahanın ikinci mərhələsində iştirak etmək hüququnu itirirlər və sertifikat almaq üçün yenidən imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Üzrlü səbəbdən təlimdə iştirak edə bilməyən namizədin növbəti təlimlərdə buraxılan dərsləri bərpa etmək hüququ var.

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Fond tərəfindən Mərkəzə göndərilir.

Əməkdar artist Tofiq Hüseynov vəfat edib
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Multiliteralizm mövzusunda onlayn vebinar təşkil edib
Azərbaycan zəngin tarixi abidələri ilə Şərq sivilizasiyasının mərkəzlərindən biridir
Azərbaycan zəngin tarixi abidələri ilə Şərq sivilizasiyasının mərkəzlərindən biridir
Loading Bars
Xəbər lenti
Bir sıra icazələr yenidən aktivləşdirildi - Nazirlik
Bakıda əcnəbi vətəndaşın bahalı velosipedi oğurlanıb
Ermənistanda koronavirusdan ölənlərin sayı 500-ü keçdi
85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub
Azərbaycanlı alimlərin günəş enerjisindən istifadə sahəsində yeni ixtirası
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır
ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub
Masallıda karantin rejimini pozan şəxslər aşkarlandı (FOTO)
Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb
Azərbaycan-Böyük Britaniya Hökümətlərarası Komissiyanın həmsədrləri Pərviz Şahbazov və Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib (FOTO)
Binəqədidə karantin rejim qaydalarını pozan çay evi aşkarlanıb (FOTO)
Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması yekunlaşır (FOTO)
Afət Həsənova: Suraxanıda qəzalı binada yaşayanların yeni mənzillərə köçürülməsi çox mühüm və sevindirici haldır
Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib (FOTO)
COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək? - RƏSMİ CAVAB
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb
Qabiliyyət imtahanı üçün müsabiqənin keçirilməsi şərtləri açıqlanıb
Atəşkəs rejimi 37 dəfə pozulub
Universitetinin kafedra müdiri koronavirusdan öldü (FOTO)
İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri
Koronavirusa yoluxan insanlara qoyulan “buzlu şüşə” diaqnozu nədir? (FOTO)
Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox harada təhsil alırlar?
Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub
İsmayıllıda yanğın qeydə alınıb
Braziliya prezidenti koronavirus simptomlarının olduğunu deyib
Çində sutkada daha 23 nəfər koronavirusa yoluxub
KXDR ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını bildirib
İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib
Ərdoğan Nazarbayevlə danışıqlar aparıb
Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxub
"Amazon"un kapitallaşması 1,5 trilyon dolları keçib
Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ
Türkiyədə koronavirusdan sağalanların sayı 183 minə yaxınlaşır
Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olundu (FOTO)
Şamaxıda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO)
Azərbaycan Prezidenti: Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik
Prezident İlham Əliyev: Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik
Azərbaycan Prezidenti: Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük
Prezident İlham Əliyev: Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir
Prezident İlham Əliyev: Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır
Azərbaycan Prezidenti: Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər
Prezident İlham Əliyev: Ermənistan yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışır
Azərbaycan Prezidenti: Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu
Prezident İlham Əliyev: Mən hesab edirəm ki, hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir
Azərbaycan Prezidenti: Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik
Prezident İlham Əliyev: Bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura
Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır
Prezident İlham Əliyev: Hesab edirəm ki, pandemiyadan sonra da biz Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığımızı uğurla davam etdirəcəyik
Prezident İlham Əliyev: Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək
Azərbaycan Prezidenti: Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
Azərbaycan Prezidenti: Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır
Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək (VİDEO)
Prezident İlham Əliyev: Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirildi
Lukaşenko müsahibə verməyə ayaqqabısız gəldi (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)
İsraildə karantin rejimi gücləndirilir
Ağsuda keçmiş məhkumdan narkotik götürülüb
Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Bakıda moped ağaca çırpılıb: Bir ölü, 1 yaralı var
Yaponiyada daşqın qurbanlarının sayı artır
Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb (FOTO)
SOCAR AQŞ “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edir
Əli Əhmədov: "Milli şura" üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur
Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi
Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI
Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı (VİDEO)
Səudiyyə Ərəbistanında koronavirusa 4 mindən çox yoluxma olub
Komitə: “Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bağlanmış 4 bankın əmanətçilərinə 181,4 milyon manat kompensasiya ödənilib
AZAL yenidən vətəndaşlara müraciət etdi
BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb
Bolqarıstanda fövqəladə vəziyyət rejimi uzadıldı
Qızılağac milli parkında yanğın baş verib
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü
Magistral su xətti zədələnib: Hövsana içməli suyun verilməsi dayandırıldı
Nazirlik COVİD-19-la mübarizəni gücləndirmək məqsədilə xüsusi işçi qrupu yaratdı
Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi (FOTO)
AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir kafe aşkarladı (FOTO)
"Yeni Klinika"da indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb
Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi
İyulun 7-də dolların manata qarşı məzənnəsi
ÜST-ün Azərbaycan Nümayəndəliyi işçi axtarır
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Ön xətt bölmələrinin döyüş və mənəvi-psixoloji hazırlığı yoxlanılıb (FOTO)
Samuxda piknik edən 9 nəfər cərimələndi (FOTO)
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı (ÖZƏL)
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklarla bağlı Nazirlər Kabinetinə məktub ünvanlayıb
Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb (FOTO)
Gəncədə maarifləndirmə xarakterli reydlər davam edir (FOTO)
Avropa İnvestisiya Bankı: Azərbaycanda biznesə dəstəyi əsas tərəfdaşımız olan “AccessBank”la həyata keçiririk
AQTA 68 müəssisədə kobud qayda pozuntusu aşkarladı (FOTO)
ABŞ-da son sutkada 49 mindən çox yoluxma qeydə alındı
Bakıda gizli fəaliyyət göstərən “Play Station” zalı aşkarlanıb (FOTO)
Bütün xəbərlər