...

Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər

Cəmiyyət Materials 22 May 2020 18:05 (UTC +04:00)
Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, karantin müəssisələrinə sadə baxmaq lazım deyil:

“Bu müəssisələrə tibbi personal ezam edilir, orada həkimlərimiz fəaliyyət göstərir. Bu həkimlər normal tibb müəssisələrindən ayrılaraq ora göndərilir ki, bu da onların iş yükünü artırır. Bütün bu amillər deyir ki, yoluxma sayını keçsək, onun öhdəsindən gəlmək çətin olar".

Ramin Bayramlı əlavə edib ki, koronavirus testi neqativ çıxmış şəxslərə SMS göndərilməlidir, lakin əgər insanlar belə ismarıcı qəbul etmirsə sahə poliklinkalarına müraciət edib arayış ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti