...

Badamdarda sürüşməyə səbəb nə olub? (VİDEO)

Cəmiyyət Materials 29 Yanvar 2021 10:04 (UTC +04:00)
Badamdarda sürüşməyə səbəb nə olub? (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Badamdarda baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin nəticəsində yaranıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, hazırda ərazidə tədqiqat işləri aparılır:

"Ərazinin quruluşunda iştirak edən çuxurların yuyulmaya həssas olması, mayili yamacın olması və son aylar əraziyə düşən intensiv atmosfer yağıntıları bu hadisəni qaçılmaz edib.

Hazırda ərazidə tədqiqat işləri aparılır, sürüşmə kütləsinin parametrləri ölçülür.

Ərazidə təbii amillərdən başqa insan təsirləri də var. Belə ki yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən bu proses daha da aktivləşib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti