...

Qanunsuz miqrasiya ilə bağlı 10-a yaxın şəxs axtarışa verilib

Cəmiyyət Materials 15 Fevral 2022 11:51 (UTC +04:00)
Qanunsuz miqrasiya ilə bağlı 10-a yaxın şəxs axtarışa verilib

Bakı. Samir Əli - Trend:

Qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən 7 nəfər istintaqa cəlb edilib.

Trend-in məluimatına görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, bu cür qanunsuz miqrasiyanın təşkili və saxta sənədlərlə vizaların rəsmiləşdirilməsi faktı ilə bağlı cinayət işləri var: "Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb və 10-a yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zamanı müxtəlif dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb. Həmçinin xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prokurorluq tərəfindən təmin edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti