...

Xəstəxana şəkər xəstələrinin dərman növbəsinə aydınlıq gətirdi (VİDEO)

Cəmiyyət Materials 24 Fevral 2022 11:59 (UTC +04:00)
Xəstəxana şəkər xəstələrinin dərman növbəsinə aydınlıq gətirdi (VİDEO)

Bakı. Fərid Zöhrabov - Trend:

Dünən sosial şəbəkələrdə şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən görüntülər yayılıb.

Trend xəbər verir ki, görüntülər Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkilib.

Çəkilən kadrlardan da aydın görünür ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir.

Yayılan görüntülərlə bağlı Quba RMX-dan Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələri mərhələli şəkildə verilir.

"Vətəndaşların müraciəti eyni günə təsadüf etdiyindən dərman vasitəsinin verilməsində sıxlıq müşahidə olunub. Qısa müddət ərzində növbəlilik prinsipi gözlənilməklə bütün şəkər xəstələrinə dərmanların verilməsi həyata keçiriləcək", - açıqlamada deyilir.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti