...

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə hərbi xidmətdən möhlət hüququ veriləcək

Cəmiyyət Materials 15 Mart 2022 09:40 (UTC +04:00)
Ukraynada təhsil alan azərbaycanlı tələbələrə hərbi xidmətdən möhlət hüququ veriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə təhsil müddətini bitirənə qədər hərbi xidmətdən möhlət hüququ veriləcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani​ təhsilalma​ formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və​ rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

"Bununla əlaqədar çağırışçılar təhsil almaları barədə sənədi Xidmətin yerli struktur bölmələrinə təqdim etdikləri halda müvafiq təhsilini bitirənədək çağırışdan möhlət verilir",-məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti