...

Belçikada quş qripi yayılıb

Cəmiyyət Materials 31 Mart 2022 08:39 (UTC +04:00)
Belçikada quş qripi yayılıb

Bakı. Trend:

Belçikanın Qərbi Flandriya əyalətinin Meulebeke şəhərindəki quşçuluq fermasında quş qripi kimi tanınan yüksək patogenli H5N1 virusunun yayılma halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə məlumat yerli Qida Təhlükəsizliyi üzrə Federal Agentliyi çərşənbə günü dərc etdiyi rəsmi hesabatda əks olunub.

Bildirilir ki, preventiv təhlükəsizlik tədbirləri çərçivəsində fermada yetişdirilən toyuqlar məhv edilib.

Avropa və Belçika qanunvericiliyinə uyğun olaraq virusun yayılmasının qarşısını almaq üçün üç kilometr radiusda mühafizə zonası və 10 kilometr radiusda müşahidə zonasının yaradılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti