...

Bu il fitrə zəkatı nə qədər olmalıdır? - AÇIQLAMA

Cəmiyyət Materials 27 Aprel 2022 17:14 (UTC +04:00)
Bu il fitrə zəkatı nə qədər olmalıdır? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Hacı Fuad Nurullayev Trend-ə bildirib ki, bu il Ramazan bayramı mayın 2-nə təsadüf edir və bayram namazına qədər evdən fitrə zəkatı çıxarılmalıdır.

Onun sözlərinə görə, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də pul şəkilində vermək olar.

"Belə ki, ailədə hər adambaşına 3 kiloqram bu məhsullardan fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün isə bu zəkatın ortalama olaraq ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti