Bakı. Trend:
Rusiyanın "İraero" aviaşirkəti iyulun 31-dən Yekaterinburq-Bakı reysini bərpa edəcək.
Trend bu barədə Yekaterinburq beynəlxalq hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Reyslər Yekaterinburqdan çərşənbə günləri saat 20:20-də, bazar günləri 17:20-də yola düşəcək.
(Tərcümə: Orxan Nəbiyev)