...

Hərbi Prokurorluq: Əsgər ölümü ilə bağlı araşdırma aparılır

Cəmiyyət Materials 9 Yanvar 2023 22:25 (UTC +04:00)
Hərbi Prokurorluq: Əsgər ölümü ilə bağlı araşdırma aparılır

Bakı. Trend:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun yanvarın 9-da odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilib, zəruri hərəkətlər icra olunub.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti