Bakı. Trend:
Gələcəkdə Şəhidlər Xiyabanının təmiri gözlənilir.
Trend xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Şəhidlər Xiyabanıda jurnalistlərə açıqlamasında deyib.
"İcra hakimi strukturları daimi olaraq burada fəaliyyətdədir. 33 il keçir burada yəqinki gələcək də əsaslı təmir aparılacaq. Bu gündə yeni kompozisiya təqdim olunub. Daim buranı diqqətdə saxlayırıq", - deyə icra başçısı qeyd edib.
Xatırladaq ki, Şəhidlər Xiyabanı 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı və türk əsgərlərinin dəfn olunduğu yerdir. Bakının Səbail rayonunda yerləşir. 1924-cü ildə Xiyaban ləğv edilmiş və Dağüstü Park (əyləncə mərkəzi) salınmışdır. 1990-cı ildə rus hərbi qüvvələrinin Bakıda dinc əhaliyə qarşı kütləvi şəkildə törətdiyi qanlı yanvar qırğınından sonra ərazi yenidən Şəhidlər Xiyabanı adlandırılmışdır. Xiyabanda 20 Yanvar şəhidlərindən başqa Qarabağ savaşının şəhidləri də dəfn olunmuşdur. Şəhidlər Xiyabanı ölkəyə gələn xarici dövlət rəsmilərinin protokol ziyarət yerlərindən biridir.