...

Sülhməramlılara aid daha 33 maşın Laçın yolundan maneəsiz keçib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2023 12:36 (UTC +04:00)
Sülhməramlılara aid daha 33 maşın Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir. Səhər saatlarından indiyədək 33 maşının maneəsiz keçidinə şərait yaradılıb.

Bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 87 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti