...

Azərbaycan və Kuba arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2023 11:04 (UTC +04:00)
Azərbaycan və Kuba arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Səhiyyə Nazirliyində Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb.

Nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirib. Azərbaycanın səhiyyə naziri cari ilin mayında Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində kubalı həmkarı Xose Anxel Portal Miranda ilə görüşü xatırladıb: “Görüş çox faydalı oldu. Biz tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr apardıq”.

Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyətinin üzvləri qeyd etdilər ki, səfərin məqsədi Azərbaycanda fəaliyyət göstərən xəstəxanalara ilkin baxış keçirtmək və onların mövcüd maddi texniki bazası ilə tanış olmaqdır.

Görüş zamanı tibbi təhsil, müalicə-sağlamlıq turizmi, perspektivdə biotexnoloji və əczaçılıq istehsallarının Azərbaycanda təşkili, səhiyyə sahəsində ölkələrimiz arasında gələcəkdə Anlaşma Memorandumunun imzalanması və digər istiqamətlərdə birgə fəaliyyətlər barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti