Sosial-iqtisadi sahədəki inkişaf paytaxtı və bütün ölkəni əhatə etdi.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
“Bugün Bakı müasir şəhər olaraq çıxış edir. Dinamik və çoxşaxəli inkişaf yolu keçdi və bu proses hələ də davam edib. Son 20 il ərzində çox sayda yaşayış kompleksi, hotellər tikilib. Bu müddət ərzində xəstəxanaların sayı 2 dəfə artıb. Eyni dinamikanı orta məktəblərə və bağçalara aid eləmək olar.
400-ə yaxın park salınıb və əsaslı təmir edilib”,- deyə E.Əzizov əlavə edib
Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.