...

Göyçayda narkotikə görə 5 nəfər saxlanıldı (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2023 09:04 (UTC +04:00)
Göyçayda narkotikə görə 5 nəfər saxlanıldı (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Keçirilən tədbirlər zamanı rayon sakinləri - Müzəffər Müzəffərov, Səbuhi Həsənov, Vüsal Şərifov, Kamran Allahverdiyev və Rəşad Abdullayev narkotik vasitələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi, oğurluq, soyğunçuluq və digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti