Bakı. Trend:
Rusiyanın "Ural Hava Yolları" şirkəti yanvarın 13-dən Yekaterinburqdan Bakıya birbaşa uçuşlara başlayacaq.
Trend-in məlumatına görə, bu barədə Rusiya aviaşirkətindən bildirilib.
Yekaterinburqdakı "Koltsovo" hava limanından uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
"Ural Hava Yolları" artıq dekabrın 24-dən Moskvadan Dubaya, dekabrın 27-dən isə Yekaterinburqdan BƏƏ-yə uçuşlar həyata keçirməyə başlayıb.
Yanvar ayında Bakıdan əlavə, "Koltsovo" hava limanından İstanbula uçuş proqramı nəzərdə tutulub.