...

Bakıda baş verən yanğın nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 1 Aprel 2024 10:09 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunanların vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb.

"Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə mərkəzdən məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti