Bakı. Trend:
140-a yaxın elmi təşkilatın müəssisəsində elmi məhsul istehsal edilmir.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev UNEC-də mühüm elmi müzakirələrə həsr olunmuş “Elm Festivalı” zamanı çıxış edərkən deyib.
O bildirib ki, istənilən sahədə elm, bilik əsasında verilən qərar hər zaman daha yaxşıdır:
"Qərar verərkən elimə, biliyə, yeni təqiqata əsaslanmaq lazımdır. Bu baxımdan elmin dilini sadələşdirmək lazımdır. Biri var elmlə məşğul olmaq biri var elmi siyasətlə məşğul olmaq".
Nazir qeyd edib ki, say etibari ilə 150 -dən artıq elmi müəssisə var.
"Son dövlər ərzində ayrı-ayrı müəssisələrin müsbət fəaliyyətini müşahidə edirik. Amma 140- a yaxın elmi təşkilatın müəssisəsində elmi məhsul istehsal edilmir. Bəzi qurumlarda elmi nəticələr görürük amma eləsi var ki, nəticə görmürük. İstənilən sahədə olduğu kimi bu sahədə də maliyələşmə vacibdir.
Xərcləri böldükdə bir məqalənin 35 min manata başa gəldiyini görürük. Bu da o deməkdir ki, maliyyə məsələsi istənilən mövzuda əsasdır", - deyə o əlavə edib.