...

Tello Dortmunt "Borussiya"sı və yaxud “Şalke”yə keçə bilər

İdman Materials 7 İyun 2013 11:05 (UTC +04:00)
İspaniyanın “Barselona” klubunun hücumçu Kristian Telloya Dortmunt "Borussiya"sı və “Şalke” klublarından təklif gəlib.
Tello Dortmunt "Borussiya"sı və yaxud “Şalke”yə keçə bilər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

İspaniyanın "Barselona" klubunun hücumçu Kristian Telloya Dortmunt "Borussiya"sı və "Şalke" klublarından təklif gəlib. Trend-in məlumatına görə, bu barədə cümə günü İspaniya KİV-i xəbər yayıb

Çempionlar Liqasının finalçısı Tellonu 10 milyon avroya heyətinə qatmaq istəyir. Bu şərt futbolçunun "Barselona" ilə bağladığı müqavilədə də göstərilib.

"Şalke" klubu isə 21 yaşlı futbolçunun icarəsi əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Tello bu mövsüm İspaniya çempionatında 22 oyunda meydana çıxıb və 7 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti