Azərbaycan, Bakı, 27 fevral /Trend/
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Trend-in məlumatına görə, Türkiyənin "Qalatasaray" klubu doğma meydanda "Çelsi"ni qəbul edib. İlk qol London təmsilçisindən gəlib - 8-ci dəqiqədə Torres fərqlənib.
64-cü dəqiqədə Çedju bərabərliyi təmin edib 1:1.
Digər qarşılaşma isə Gelzenkirhendə baş tutub. "Şalke" "Real"ı qəbul edib. Fasiləyə Benzema və Beylin qolları ilə Madrid təmsilçisi üstün yollanıb.
52-ci dəqiqədə K.Ronaldo hesab arasındakı fərqi 3 topa çatdırıb. 5 dəqiqə sonra Benzema dubla imza atıb. 69-cu dəqiqədə Beyl də dubl edib. 89-cu dəqiqədə isə dubl növbəsi Ronaldoya çatıb.
Matçın son dəqiqəsində isə Huntelar təsəlli qolu vurub - 1:6.