...

Şahin Mustafayev və Qüdrət Qurbanov idman federasiyalarının prezidentləri seçildilər

İdman Materials 27 Fevral 2014 14:49 (UTC +04:00)
Fevralın 27-də Milli Olimpiya Komitəsinin konfrans zalında yelkən idmanı və stolüstü tennis idman növləri üzrə federasiyaların rəhbərliyinə seçki keçirilib.
Şahin Mustafayev və Qüdrət Qurbanov idman federasiyalarının prezidentləri seçildilər

Azərbaycan, Bakı, 27 fevral / Trend /

Fevralın 27-də Milli Olimpiya Komitəsinin konfrans zalında yelkən idmanı və stolüstü tennis idman növləri üzrə federasiyaların rəhbərliyinə seçki keçirilib.

Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda nazir Azad Rəhimov, Azərbaycan Respublikası iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev və Dövlət Dəniz Administrasiyasının (DDA) rəhbəri Qüdrət Qurbanov iştirak edirdilər.

İcraiyyə Komitəsinin səs verməsinə əsasən, Stolüstü Tennis İdman Federasiyasına yeni prezident - iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev, Yelkən İdmanı Federasiyasına yeni prezident - DDA-nın rəhbəri Qüdrət Qurbanov, seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti