Bakı. Samir Məmmədov - Trend:
Azərbaycanda keçiriləcək "Formula-1" yarışına ciddi hazırlıq gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin muavini İsmayıl İsmayılov deyib.
Onun sözlərinə görə, yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir: "Azərbaycan yeganə ölkədir ki, bu ölkədə bütün tədbirlər yüksək səviyyədə keçirilir. Eləcə də "Formula-1" yarışına yüksək səviyyədə hazırlıq gedir".
Nazir müavini əlavə edib ki, sonda Beynəlxalq Avtomobil Federasiyası hazırlıqla maraqlanıb öz təkliflərini verəcək.