...

Millimiz Avropa birinciliyinin yarımfinalında

İdman Materials 11 İyul 2016 18:56 (UTC +04:00)
Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyinə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlar komandası ilə qatılıblar.
Millimiz Avropa birinciliyinin yarımfinalında

Bakı. Trend:

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyinə yeniyetmə oğlanlar, yeniyetmə qızlar və gənc qızlar komandası ilə qatılıblar.

Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmə oğlanlardan ibarət millimiz Ermənistan, Estoniya, İsrail komandalarına, yeniyetmə qızlardan ibarət komandamız İspaniya, Avstriya, Bosniya və Hersoqovina, gənc tennisçi qızlarımız isə İtaliya və Luxsemburq yığmalarına 3-0 hesabı ilə qalib gəliblər.

"Play-off" mərhələsində yeniyetmə oğlanlarımız Yunanıstan və Rumıniya komandalarına 3-0 hesabı ilə qalib gələrək 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə oğlanlarımız İtaliya yığmasına qalib gələrək artıq bürünc medalı təmin ediblər.

Komandamızın növbəti rəqibi Rusiya yığması olacaq.

Yeniyetmə qızlarımız isə Slovakiya millisinə 3-0 hesabı ilə qalib gələrək 1/8-ə vəsiqə qazansalar da, burada Rusiya yığmasına məğlub olublar. Yeniyetmə qızlarımız 9-16-cı yerlər uğrunda mübarizədə Türkiyə millisini məğlub edərək, 9-12-ci yerlər uğrunda Çexiya komandası ilə görüşəcəklər.

“Play-off” mərhələsində Bolqarıstan və Almaniya yığma komandalarını məğlub edən gənc qızlardan ibarət millimiz 1/4-ə vəsiqə qazanıblar. Növbəti görüşdə İspaniya yığmasına uduzan gənc qızlarımız 5-8-ci yerlər uğrunda mübarizədə Xorvatiya komandası ilə qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti