...

Komandamız Avropa üçüncüsü oldu (FOTO)

İdman Materials 12 İyul 2016 18:07 (UTC +04:00)
Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub.
Komandamız Avropa üçüncüsü oldu (FOTO)

Bakı. Trend:

Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub.

Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar.

Yeniyetmə qızlarımız Çex Respublikasının yığma komandasına və Fransa millisinə qalib gələrək 9-cu yeri qazanıblar.

Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunub.

Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti