Bakı. Trend:
Almaniya Bundesliqasında XI tura start verilib.
Trend-in məlumatına görə, turun mərkəzi görüşündə "Borussia Dortmund" doğma meydanda "Bayern Munich"-i qəbul edib.
Oyuna meydan sahibləri fəal başlayıblar. İlk hissənin 11-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Pyer-Emerik Obomeyanq hesabı açıb. İlk hissə 1:0 hesabı ilə başa çatıb.
"Bayern Munich"-in oyunçuları ikinci hissədə bir neçə dəfə təhlükəli hücumlar etsədə "Borussia Dortmund"-un qapısına yol tapa bilməyiblər.
Beləliklə, oyun 1:0 hesabı ilə başa çatıb.