...

Əliyar Ağayev UEFA-nın kursunda iştirak edəcək

İdman Materials 12 Dekabr 2016 18:36 (UTC +04:00)
Əliyar Ağayev UEFA-nın kursunda iştirak edəcək
Əliyar Ağayev UEFA-nın kursunda iştirak edəcək

Bakı. Trend:

2017-ci il yanvarın 30-dan etibarən İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə kurs keçiriləcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, sayca 25-ci olacaq kursda UEFA-nın dəvətinə əsasən FIFA referisi Əliyar Ağayev də iştirak edəcək.

Martin Atkinson, Mark Klattenburq, Klement Turpin, Deniz Aytekin, Feliks Brix, Viktor Kaşşai, Nikola Rizzoli, Canluka Rokki, Paolo Taqliavento, Damir Skomina, Alberto Undiano Mallenko, Yonas Eriksson, Cüneyt Çakır və digər tanınmış hakimlərin də iştirak edəcəyi kursa fevralın 1-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti