...

MOK-dan atlet Layeş Abdullayevanın pulunun mənimsənilməsi xəbərinə münasibət

İdman Materials 15 Avqust 2017 14:41 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Olimpiya Komitəsi (MOK) atlet Layeş Abdullayevanın pulunun mənimsənilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə mətbuat konfransında qeyd edib ki, "The Guardian" jurnalı son 4 ildə Azərbaycanla bağlı 417 məqalə yazıb:

"Onlar illərdir Azərbaycana ləkə yaxırlar. Azərbaycana qarşı qərəzə görə də Avropa Oyunlarına akkreditasiya ala bilməmişdilər. Britaniya səfirliyi ilə danışmışdıq ki, təkzib yazsınlar. Onlar iddia edirlər ki, guya atlet Layeş Abdullayevanın pulu mənimsənilib. Onların yazdıqlarını media da araşdırmalıdır və onlara müraciət etməlidir. Layeşin Azərbaycan Atletika Federasiyası ilə müqaviləsi yox idi. Ona verilən pul nazirlik tərəfindən mükafat idi. Onu da ya özü alıb, ya da nümayəndəsi. Ola bilər, Bakıda kiminsə ona borcu var, amma bunun federasiyaya dəxli yoxdur. O, Bakıda kifayət qədər pul qazanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti