...

Bədən tərbiyəsi və idman günü ilə bağlı təltifetmə mərasimi keçirilib (FOTO)

İdman Materials 5 Mart 2018 14:31 (UTC +04:00)
Bu gün Bədən tərbiyəsi və idman günü ilə bağlı idman mütəxəsislərinin təltifetmə mərasimi keçirilib.
Bədən tərbiyəsi və idman günü ilə bağlı təltifetmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bədən tərbiyəsi və idman günü ilə bağlı idman mütəxəsislərinin təltifetmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu bayramı bizə Ümumilli lider Heydər Əliyev bəxş edib:

“Ulu öndərin uzaq görən strategiyası, gənclərin idmana cəlb edilməsi bu gün böyük bir nəticə verib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən aparılan bu siyasət böyük nəticələrlə, böyük naliyyətlərlə xalqımızı sevindirir. Gələcəkdə də bizi idman sahəsində böyük və uğurlu tədbirlər, böyük naliyyətlər gözləyir”.

Daha sonra tədbirdə mükafatlar təqdim edilib. 8 nəfərə respubika dərəcəli hakim, 9 nəfərə əməkdar idman ustası, 31 nəfərə əməkdar məşqçi, 16 nəfərə isə idman işçisi adı verilib.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılara uğurlar arzu edib:

“Əminəm ki, siz idmanın inkişafına öz töhfənizi verəcəksiniz və biz yeni-yeni uğurlarda birgə görüşəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti