...

Tennisçimiz Gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turnirində iştirak edəcək

İdman Materials 22 Mart 2018 13:50 (UTC +04:00)
Martın 24-25-də Tunisdə stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarına Avropa təsnifat turniri keçiriləcək.
Tennisçimiz Gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turnirində iştirak edəcək

Bakı. Trend:

Martın 24-25-də Tunisdə stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarına Avropa təsnifat turniri keçiriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, tennisçimiz Yu Xinhangın qatılacağı turnirdə qalib gələn dörd idmançı Buanes–Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarına lisenziya qazanacaq. Turnirdə müxtəlif ölkələrdən 25 oğlan və 18 qız tennisçi iştirak edəcək.

Xatırladaq ki, ilk lisenziyanı millimizin aktivinə Ninq Jinq yazdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti